Azərbaycan tütün və onun sənaye əvəzedicilərinin idxalına çəkdiyi xərci 7 %-dək artırıb

Biznes
  • 30 yanvar, 2023
  • 09:01
Azərbaycan tütün və onun sənaye əvəzedicilərinin idxalına çəkdiyi xərci 7 %-dək artırıb

2022-ci il ərzində Azərbaycan 97,1 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 6,82 % çoxdur.

Ötən il ərzində Azərbaycanın ixrac etdiyi tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 25,4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 57,76 % çoxdur.

Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,67 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,07 %-ni təşkil edib.