Azərbaycan tütün ixracından gəlirini 4 dəfəyə yaxın artırıb

Biznes
  • 21 dekabr, 2024
  • 09:45
Azərbaycan tütün ixracından gəlirini 4 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 106,942 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 52,366 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 3,7 dəfə çoxdur.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,57 %-ni, ixrac isə ümumi ixracın 0,22 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.

44 - Tezliklə