Azərbaycan tütün ixracından gəlirini 3 dəfəyə yaxın artırıb
- 23 yanvar, 2025
- 13:36
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 118,788 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 56,684 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,6 dəfə çoxdur.
Ötən il tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,6 %-ni, ixrac isə ümumi ixracın 0,2 %-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.
Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.