Azərbaycan Türkmənistandan pomidor alışını kəskin artırıb

Biznes
  • 04 iyul, 2024
  • 12:44
Azərbaycan Türkmənistandan pomidor alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 71,2 milyon ABŞ dolları dəyərində 52 min 175 ton pomidor ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Azərbaycan Rusiyaya 68,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 33 % çox) 50 min 910 ton (+22 %), Belarusa 2,3 milyon ABŞ dolları dəyərində (+4,5 %) 921 ton (+0,4 %), Polşaya 432 min ABŞ dolları dəyərində (-52 %) 252 ton (-60 %), Gürcüstana 55 min ABŞ dolları dəyərində 57 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 43 min ABŞ dolları dəyərində (+3 dəfə) 34 ton (+89 %) pomidor satıb.

Hesabat dövründə Azərbaycan 476,3 min ABŞ dolları dəyərində (+28 %) 811 ton (+34 %) pomidor idxal edib.

Azərbaycan Türkmənistandan 304,9 min ABŞ dolları dəyərində (+5 dəfə) 548 ton (+5 dəfə), İrandan 113,8 min ABŞ dolları dəyərində (-42 %) 206,5 ton (-42 %), Belarusdan 32,1 min ABŞ dolları dəyərində (-35 %) 10 ton (-44 %) və Türkiyədən 25,5 min ABŞ dolları dəyərində (-60 %) 46,1 ton (-60 %) pomidor alıb.