Azərbaycan Türkmənistandan pambıq ipliyi almağa başlayıb
- 04 fevral, 2025
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 27 milyon ABŞ dolları dəyərində 10 min 918 ton pambıq iplik göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 11 % azdır, kəmiyyət olaraq – 1 % çoxdur.
Azərbaycan Türkiyəyə 18,41 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 24 % azdır) 7 013 ton (-17 %), Rusiyaya 8,56 milyon ABŞ dolları dəyərində (+43 %) 3 899 ton (+65 %), Gürcüstana 12,5 min ABŞ dolları dəyərində (+73 %) 5 ton (+67 %) və İraqa 0,6 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycana 1,9 milyon ABŞ dolları dəyərində (+9 %) 866 ton (+9 %) pambıq iplik idxal edilib.
Azərbaycan Türkiyədən 1,52 milyon ABŞ dolları dəyərində (+20 %) 730 ton (+20 %), Çindən 132 min ABŞ dolları dəyərində (+2 dəfə) 53 ton (+77 %), Özbəkistandan 115 min ABŞ dolları dəyərində (-47 %) 33 ton (-46 %), Türkmənistandan 96,5 min ABŞ dolları dəyərində 45,5 ton, Pakistandan 11,3 min ABŞ dolları dəyərində (+3 dəfə) 1,54 ton (+3 dəfə) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistandan tədarük həyata keçirilib.