Azərbaycan Türkiyədən yoğurt idxalını kəskin artırıb
- 13 may, 2023
- 10:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 781 min ABŞ dolları dəyərində 466,2 ton yoğurt gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 % çoxdur, kəmiyyət olaraq – 17 % azdır.
Hesabat dövründə Rusiyadan 479 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,8 % azdır) 314 ton (-25 %), Belarusdan 175 min ABŞ dolları dəyərində (+22,3 %) 101 ton (-10 %), Türkiyədən 73 min ABŞ dolları dəyərində (+7 300 dəfə) 36,5 ton (+3 650 dəfə), Latviyadan 18,64 min ABŞ dolları dəyərində (+17,7 %) 8,9 ton (+41 %), Belçikadan 11 min ABŞ dolları dəyərində 2,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilən 3 min 229 ton yoğurtun 67,6 %-i Rusiyanın, 22,6 %-i Belarusun, 5,3 %-i Türkiyənin payına düşüb.