Azərbaycan Türkiyədən xalça tədarükünü azaldıb

Biznes
  • 12 noyabr, 2022
  • 13:22
Azərbaycan Türkiyədən xalça tədarükünü azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 6,711 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % azdır.

Təkcə bu ilin oktyabr ayında isə Türkiyə Azərbaycana 1,272 milyon ABŞ dollarlıq xalça ixrac edib ki, bu da, illik müqayisədə 5,4 % azdır.

Bu ilin ilk 10 ayında Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 14,5 % azalaraq 2,238 milyard ABŞ dollarına, oktyabr ayında isə 7,1 % azalaraq 0,257 milyard ABŞ dollarına çatıb.