Azərbaycan Türkiyədən tikinti materialların tədarükünə çəkdiyi xərci 23 % artırıb

Biznes
  • 07 yanvar, 2023
  • 05:55
Azərbaycan Türkiyədən tikinti materialların tədarükünə çəkdiyi xərci 23 % artırıb

2022-ci ildə Azərbaycan Türkiyədən 52,412 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 22,8 % çoxdur.

Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 5,674 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 10 % çoxdur.

Ötən il Türkiyənin ümumi sement, şüşə, keramika və torpaq məmulatları ixracının dəyəri illik müqayisədə 18,2 % artaraq 5,449 milyard ABŞ dollarına, dekabr ayında isə 5,1 % artaraq 0,441 milyard ABŞ dollarına çatıb.

44 filmi