Azərbaycan Türkiyədən sement tədarükünü artırıb

Biznes
  • 10 dekabr, 2022
  • 12:42
Azərbaycan Türkiyədən sement tədarükünü artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 46,772 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % çoxdur.

Təkcə bu ilin noyabr ayında isə Türkiyə Azərbaycana 3,63 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 9 % azdır.

Bu ilin 11 ayında Türkiyənin ümumi sement, şüşə, keramika və torpaq məmulatları ixracının dəyəri illik müqayisədə 19,5 % artaraq 5,01 milyard ABŞ dollarına, noyabr ayında isə 5,7 % artaraq 0,418 milyard ABŞ dollarına çatıb.