Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini 2 %-dən çox azaldıb
- 13 iyul, 2026
- 15:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 21,437 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 2,826 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 27,7 % azdır.
6 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 2,4 % artaraq 2 milyard 230,515 milyon ABŞ dollarına, iyunda isə 15 % artaraq 420,127 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı 379,291 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 9,8 % çox), İtaliya 161,436 milyon ABŞ dolları (9,5 % çox) və Almaniya 121,538 milyon ABŞ dolları (8,7 % az) həyata keçirib.