Azərbaycan Türkiyədən qızılbalıq alışını 330 dəfə artırıb
- 19 avqust, 2025
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 2,3 milyon ABŞ dolları dəyərində 293 ton qızılbalıq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 34 % azdır.
Hesabat dövründə Azərbaycan Norveçdən 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 80 % çox) 172 ton (+2,5 dəfə), Çilidən 279 min ABŞ dolları dəyərində (-79 %) 60 ton (-74 %), Ukraynadan 269 min ABŞ dolları dəyərində (-53 %) 18,8 ton (-52 %), Türkiyədən 168 min ABŞ dolları dəyərində (+34 dəfə) 16,5 ton (+330 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 67 min ABŞ dolları dəyərində (+12 %) 6,5 ton (+63 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 829 ton qızılbalığın 47 %-i Çilinin, 21 %-i Norveçin payına düşüb.