Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalını artırıb

Biznes
  • 12 noyabr, 2022
  • 08:44
Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 102,903 milyon ABŞ dolları dəyərində qara və əlvan metalları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.

Təkcə bu ilin oktyabr ayında isə Türkiyə Azərbaycana 11,523 milyon ABŞ dollarlıq qara və əlvan metalları ixrac edib ki, bu da, illik müqayisədə 1,5 % çoxdur.

Bu ilin ilk 10 ayında Türkiyənin ümumi qara və əlvan metalları ixracının dəyəri illik müqayisədə 22,5 % artaraq 12,162 milyard ABŞ dollara, oktyabr ayında isə 8,3 % azalaraq 1,049 milyard ABŞ dollarına çatıb.