Azərbaycan Türkiyədən nişasta idxalını kəskin artırıb

Biznes
  • 25 iyul, 2024
  • 13:45
Azərbaycan Türkiyədən nişasta idxalını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 622 min ABŞ dolları dəyərində 1 min 260 ton nişasta idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 60 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 338,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % çoxdur) 796 ton (+64 %), Qazaxıstandan 161,5 min ABŞ dolları dəyərində (+53 %) 340 ton (+89 %), Türkiyədən 93,6 min ABŞ dolları dəyərində (+92 %) 95,2 ton (+4 dəfə), Belarusdan 19,5 min ABŞ dolları dəyərində (+35 %) 22,1 ton (+69 %), Ukraynadan 4,55 min ABŞ dolları dəyərində (-71 %) 2,8 ton (-67 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 2 min 165 ton nişastanın 62,8 %-i Rusiyanın, 24,9 %-i Qazaxıstanın, 6,6 %-i Türkiyənin payına düşüb.