Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci 1 %-dən çox artırıb

Biznes
  • 06 oktyabr, 2025
  • 11:02
Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci 1 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 396,815 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 46,740 milyon dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,4 % çoxdur.

9 ayda Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 5,3 % artaraq 24 milyard 331 milyon ABŞ dolları, sentyabrda isə 14,6 % artaraq 2 milyard 501 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox idxalı Rumuniya 1 415,919 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7 % az), Niderland 1 375,549 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,5 % az) və İtaliya 1 292,109 milyon ABŞ dolları (23,8 % çox) həyata keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti