Azərbaycan Türkiyədən havalandırma sistemlərinin idxalına çəkdiyi xərci 4 % azaldıb
- 06 oktyabr, 2025
- 12:49

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 97,176 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % azdır.
Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 11,281 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 23,5 % azdır.
9 ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 3,2 % artaraq 5,449 milyard ABŞ dollarına çatıb, sentyabrda isə 1,2 % azalaraq 608 milyon ABŞ dollarına düşüb.
Türkiyədən ən çox idxalı Almaniya 572 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 12 % çox), Böyük Britaniya 389 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11,5 % çox) və İtaliya 273 milyon ABŞ dolları (15 % çox) həyata keçirib.