Azərbaycan Türkiyədən günəbaxan yağı alışını 4 dəfə artırıb
- 07 may, 2024
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 12 milyon ABŞ dolları dəyərində 13 min 675 ton günəbaxan yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,6 % azdır, kəmiyyət olaraq – 33 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 11,54 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 13 min 367 ton (+33 %), Türkiyədən 431 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 284 ton (+4 dəfə), Ukraynadan 22 min ABŞ dolları dəyərində (-85 %) 13,87 ton (-83 %), İtaliyadan 15,67 min ABŞ dolları dəyərində (-33 %) 7,52 ton (-9 %), Belarusdan 2,75 min ABŞ dolları dəyərində (+1,1 %) 1,52 ton (+25 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 54 min 828 ton günəbaxan yağının 98,6 %-i Rusiyanın payına düşüb.