Azərbaycan Türkiyədən günəbaxan toxumunun idxalını kəskin artırıb

Biznes
  • 01 iyul, 2025
  • 17:40
Azərbaycan Türkiyədən günəbaxan toxumunun idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,2 milyon ABŞ dolları dəyərində 1 881 ton günəbaxan toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 920 ton (+3,2 dəfə), Çindən 760 min ABŞ dolları dəyərində (-39 %) 402 ton (-30 %), Qırğızıstandan 337 min ABŞ dolları dəyərində (-25 %) 167 ton (-20 %), Rusiyadan 320 min ABŞ dolları dəyərində (+30 %) 368 ton (+20 %), Birləşmiş Ərəb Əmirliklərindən 14 min ABŞ dolları dəyərində 4,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 5 531 ton günəbaxan toxumunun 35 %-i Türkiyənin, 27 %-i Çinin, 17 %-i Rusiyanın payına düşüb.

44 filmi