Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 34 %-dək artırıb

Biznes
  • 10 dekabr, 2022
  • 12:25
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 34 %-dək artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 61,894 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % çoxdur.

Təkcə bu ilin noyabr ayında isə Türkiyə Azərbaycana 6,795 milyon ABŞ dollarlıq geyim məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 50,7 % çoxdur.

Bu ilin 11 ayında Türkiyənin ümumi geyim məhsulları ixracının dəyəri illik müqayisədə 5,8 % artaraq 19,501 milyard ABŞ dollarına, noyabr ayında isə 5,4 % azalaraq 1,635 milyard ABŞ dollarına çatıb.