Azərbaycan Türkiyədən geyim idxalı xərcini 37 % artırıb

Biznes
  • 10 avqust, 2026
  • 17:00
Azərbaycan Türkiyədən geyim idxalı xərcini 37 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 36,407 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 % çoxdur.

Təkcə iyulda Türkiyə Azərbaycana 7,623 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 2 dəfə çoxdur.

Yanvar-iyul aylarında Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 1,4 % azalaraq 9,557 milyard ABŞ dollarına düşüb, iyulda isə 0,2 % artaraq 1,583 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox geyim idxalını Almaniya (1 milyard 419,263 milyon ABŞ dolları, 1 il əvvələ nisbətən 12,3 % az), Niderland (1 milyard 110,123 milyon ABŞ dolları, - 4,1 %) və İspaniya (1 milyard 20,406 milyon ABŞ dolları, 5,3 % çox) dəyərində həyata keçirib.

44 - Tezliklə