Azərbaycan Türkiyədən geyim alışını artırıb

Biznes
  • 12 noyabr, 2022
  • 13:36
Azərbaycan Türkiyədən geyim alışını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 55,099 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur.

Təkcə bu ilin avqust ayında isə Türkiyə Azərbaycana 7,304 milyon ABŞ dollarlıq geyim məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 25,8 % çoxdur.

Bu ilin ilk 10 ayında Türkiyənin ümumi geyim məhsulları ixracının dəyəri illik müqayisədə 7 % artaraq 17,873 milyard ABŞ dollarına, oktyabr ayında isə 10,6 % azalaraq 1,707 milyard ABŞ dollarına çatıb.