Azərbaycan Türkiyədən dəri tədarükünə çəkdiyi xərci 30 % artırıb

Biznes
  • 07 yanvar, 2023
  • 10:55
Azərbaycan Türkiyədən dəri tədarükünə çəkdiyi xərci 30 % artırıb

2022-ci ildə Azərbaycan Türkiyədən 19,712 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 29,5 % çoxdur.

Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 0,882 milyon ABŞ dollarlıq dəri və dəri məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 10,6 % çoxdur.

Ötən il Türkiyənin ümumi dəri və dəri məhsulları ixracının dəyəri illik müqayisədə 18,8 % artaraq 2,058 milyard ABŞ dollarına, dekabr ayında isə 15,3% artaraq 0,182 milyon ABŞ dollarına çatıb.