Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 31 %-dən çox artırıb

Biznes
  • 11 fevral, 2025
  • 09:04
Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 31 %-dən çox artırıb

Bu il yanvar ayında Azərbaycan Türkiyədən 0,806 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,3 % çoxdur.

Yanvarda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 5,2 % artaraq 126,460 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox dəri və dəri məhsulları idxalını Almaniya (12,942 milyon ABŞ dolları; 1 il əvvələ nisbətən 18,7 % çox), İraqa (7,945 milyon ABŞ dolları; 33,8 % çox) və İtalyaya (7,102 milyon ABŞ dolları; 17,7 % az) həyata keçirib.