Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 30 %-dən çox artırıb

Biznes
  • 12 noyabr, 2022
  • 13:02
Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərci 30 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 17,556 milyon ABŞ dolları dəyərində dəri və dəri məmulatları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 % çoxdur.

Təkcə bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 1,148 milyon ABŞ dollarlıq dəri və dəri məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 45,1 % azdır.

Bu ilin ilk 10 ayında Türkiyənin ümumi dəri və dəri məmulatları ixracının dəyəri illik müqayisədə 19,5 % artaraq 1,703 milyard ABŞ dollarına, oktyabr ayında isə 6,1 % artaraq 0,169 milyard ABŞ dollarına çatıb.

44 filmi