Azərbaycan Türkiyədən dekabrda geyim məhsulları tədarükünə çəkdiyi xərci 92 % artırıb

Biznes
  • 07 yanvar, 2023
  • 07:33
Azərbaycan Türkiyədən dekabrda geyim məhsulları tədarükünə çəkdiyi xərci 92 % artırıb

2022-ci ildə Azərbaycan Türkiyədən 71,028 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 39,2 % çoxdur.

Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 9 milyon ABŞ dollarlıq geyim məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 91,8 % çoxdur.

Ötən il Türkiyənin ümumi geyim məhsulları ixracının dəyəri illik müqayisədə 4,8 % artaraq 21,205 milyard ABŞ dollarına, dekabr ayında isə 5,5 % azalaraq 1,709 milyard ABŞ dollarına çatıb.

44 filmi