Azərbaycan Türkiyədən avtomobil məhsullarının idxalına çəkdiyi xərci 28 % artırıb

Biznes
  • 10 dekabr, 2022
  • 08:38
Azərbaycan Türkiyədən avtomobil məhsullarının idxalına çəkdiyi xərci 28 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 142,036 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsullarını idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % çoxdur.

Təkcə noyabr ayında isə Türkiyə Azərbaycana 12,398 milyon ABŞ dollarlıq dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 11 % azdır.

Bu ilin ilk 11 ayında Türkiyənin ümumi dəyərində avtomobil sənayesi məhsullarının ixracının dəyəri illik müqayisədə 5,6 % artaraq 27,842 milyard ABŞ dollarına, noyabr ayında isə 13,7 % artaraq 2,875 milyard ABŞ dollarına çatıb.