Azərbaycan Türkiyədən alkoqolsuz pivə alışını kəskin artırıb

Biznes
  • 30 sentyabr, 2022
  • 13:14
Azərbaycan Türkiyədən alkoqolsuz pivə alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 768 min ABŞ dolları dəyərində 85,2 min dekalitr alkoqolsuz pivə idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,5 %, kəmiyyət olaraq – 9,6 % azdır.

Hesabat dövründə Rusiyadan 355 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 41 % azdır) 36,4 min dekalitr (-42 %), Türkiyədən 225 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 16,8 min dekalitr (+2,3 dəfə), İrandan 161 min ABŞ dolları dəyərində (+42,4 %) 30,4 min dekalitr (+33,5 %), Almaniyadan 25 min ABŞ dolları dəyərində (-28,6 %) 1,3 min dekalitr (-30,6 %), Belarusdan 1 min ABŞ dolları dəyərində (-58,6 %) 0,1 min dekalitr (-60 %) məhsul gətirilib.

Ötən il Azərbaycanın xaricdən (8 ölkədən) 231 min dekalitr alkoqolsuz pivənin 70,6 %-i Rusiyanın payına düşüb.