Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsini 33% artırıb
- 18 iyun, 2019
- 12:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 1 549,887 mln. ABŞ dolları təşkil edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 380,387 mln. dollar, yaxud 32,5% çoxdur.
Hesabat dövründə iki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 10,7% olub.
Yanvar-may aylarında Azərbaycanın Türkiyəyə ixracının dəyəri 982,604 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 420,377 mln. dollar, yaxud 74,8% çoxdur.
Hesabat dövründə Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 567,283 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 39,991 mln. dollar, yaxud 6,6% azdır.
Beləliklə, Azərbaycanın cənub-qərb qonşusu üzrə ixracının ümumi ixracdakı payı 11,4%, idxalının ümumi idxaldakı payı isə 9,7% olub.