Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək

Biznes
  • 28 aprel, 2023
  • 08:00
Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək

Bu gün Kazan şəhərində Azərbaycan və Tatarıstan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclas Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyanın bu bölgəsinə səfəri çərçivəsində baş tutacaq.

Bu gün həmçinin Kazanda Tatarıstan-Azərbaycan biznes forumu təşkil ediləcək.