Azərbaycan Tailanddan elektrik ütü alışını bərpa edib

Biznes
  • 23 dekabr, 2024
  • 12:22
Azərbaycan Tailanddan elektrik ütü alışını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 6,7 milyon ABŞ dolları dəyərində 293 min 801 ədəd elektrik ütü idxal edib.

Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 0,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 249 min 261 ədəd (+4 %), Fransadan 2,2 milyon ABŞ dolları dəyərində (-0,3 %) 33 min 577 ədəd (-2 %), İndoneziyadan 522 min ABŞ dolları dəyərində (+88 %) 5 min 590 ədəd (+25 %), Türkiyədən 136 min ABŞ dolları dəyərində (+23 %) 3 min 15 ədəd (+88 %), Misirdən 67,5 min ABŞ dolları dəyərində (-74 %) 2 min 196 ədəd (-71 %) ütü alıb.

Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Tailanddan (0,3 min ABŞ dolları dəyərində 20 ədəd) tədarükü bərpa edib.