Azərbaycan Tailanda elektrik naqili ixracını bərpa edib
- 10 yanvar, 2025
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 12 milyon ABŞ dolları dəyərində 2 min 913 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 2 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynaya 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 93 % çoxdur) 862 ton (+73 %), Gürcüstana 4,1 milyon ABŞ dolları dəyərində (+35 %) 1 297 ton (+45 %), Fələstinə 1,65 milyon ABŞ dolları dəyərində (+32 dəfə) 519 ton (+43 dəfə), Rusiyaya 635 min ABŞ dolları dəyərində (+26 dəfə) 14,1 ton (+9 dəfə), Qazaxıstana 533 min ABŞ dolları dəyərində (+20 %) 81 ton (+24 %) məhsul satıb.
Azərbaycan 7 il 1 aylıq fasilənin ardından Tailanda (4,4 min ABŞ dolları dəyərində 1 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana idxal edilmiş 3 min 573 ton elektrik naqilin 36,8 %-i Gürcüstanın, 32,9 %-i Belarusun, 20,6 %-i Ukraynanın payına düşüb.