Azərbaycan Tacikistana vafli ixracını bərpa edib

Biznes
  • 14 dekabr, 2024
  • 05:52
Azərbaycan Tacikistana vafli ixracını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2,73 milyon ABŞ dolları dəyərində 1 min 265 ton vafli və vafli həbləri ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 % azdır, kəmiyyət olaraq – 4,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 1,15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % azdır) 588 ton (+4,3 %), Yəmənə 1,11 milyon ABŞ dolları dəyərində (-17 %) 472 ton (-8 %), İraqa 208 min ABŞ dolları dəyərində (+35 dəfə) 98 ton (+54 dəfə), İrana 95 min ABŞ dolları dəyərində (+98 dəfə) 44 ton (+91 %), Çin 45 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 14 ton (+40 %) məhsul satıb.

Azərbaycan 10 il 6 aylıq fasilənin ardından Tacikistana (32,4 min ABŞ dolları dəyərində 17,12 ton) vafli tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycandan 20 ölkəyə ixrac edilmiş 1 min 586 ton vaflinin 49,4 %-i Gürcüstanın, 36,9 %-i Yəmənin payına düşüb.

44 - Tezliklə