Azərbaycan Tacikistana propilen ixrac etməyə başlayıb
- 14 avqust, 2024
- 07:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 48,1 milyon ABŞ dolları dəyərində 42 min 719 ton propilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 30 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 42,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,3 % çoxdur) 38 min 214 ton (+19 %), Belarusa 5,2 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 4 min 483 ton (+12 dəfə) və Tacikistana 26,2 min ABŞ dolları dəyərində 21,25 ton məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 4 ölkəyə ixrac edilmiş 73,6 min ton propilenin 93,1 %-i Rusiyanın payına düşüb.