Azərbaycan Suriyaya şəkər tədarük etməyə başlayıb

Biznes
  • 10 mart, 2025
  • 15:57
Azərbaycan Suriyaya şəkər tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycan 38,5 milyon ABŞ dolları dəyərində 50 813 ton şəkər ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 60 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkmənistana 21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çoxdur) 30 400 ton (+45 %), Özbəkistana 13,3 milyon ABŞ dolları dəyərində 15 899 ton (2 il 11 aydan sonra tədarük bərpa edilib), Tacikistana 2,6 milyon ABŞ dolları dəyərində (+35 %) 3 008 ton (+42 %), Rusiyaya 1,1 milyon ABŞ dolları dəyərində (+10 %) 1 044 ton (+24 %), Gürcüstana 315,4 min ABŞ dolları dəyərində (-88 %) 340 ton (-91 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (16,4 min ABŞ dolları dəyərində 9,6 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 31 min 777 min ton şəkərin 66 %-i Türkmənistanın payına düşüb.

44 - Tezliklə