Azərbaycan süd və qaymaq idxalını 23 % artırıb

Biznes
  • 16 avqust, 2023
  • 13:28
Azərbaycan süd və qaymaq idxalını 23 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 7 min 065 ton süd və qaymaq idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 14 milyon 806 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 322 ton (23 %), dəyər baxımından isə 5 milyon 464 min ABŞ dolları (58,4%) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,15 %-ni təşkil edib.