Azərbaycan Stavropol vilayətinin əsas ticarət tərəfdaşlarından biri olub

Biznes
  • 13 yanvar, 2023
  • 13:15
Azərbaycan Stavropol vilayətinin əsas ticarət tərəfdaşlarından biri olub

2022-ci ildə Rusiyanın Stavropol vilayətinin xarici ticarət dövriyyəsinin dəyəri 5 illik müqayisədə 36 % artaraq 2,5 milyard ABŞ dollarına çatıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, təkcə 2022-ci ilin yanvar-sentyabr aylarında isə vilayətin xarici ticarət dövriyyəsinin dəyəri təqribən 2 milyard ABŞ dolları təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

Hesabat dövründə regiondan əsasən gübrə, taxıl, ət və əlavə məhsulları, üzvi kimyəvi maddələr, yarımqiymətli daşlar, yağ və piy, ətir, kosmetika və tualet məhsulları, plastik məmulatlar və onlardan hazırlanmış məmulatlar ixrac edilib.

Son 5 ildə Stavropolun əsas ticarət tərəfdaşları (ixracat) Azərbaycan, Səudiyyə Ərəbistanı, Çin, Türkiyə, Belarus, Qazaxıstan, Gürcüstan və Ermənistan olub.

Bu dövrdə xarici ticarət fəaliyyətində 600-ə yaxın müəssisə və təşkilat, o cümlədən ixrac əməliyyatlarında təxminən 400 şirkət iştirak edib.

44 - Tezliklə