Azərbaycan şirkətləri qonşu ölkələrdə plastik qab istehsalına başlayıb
- 28 sentyabr, 2021
- 07:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qablaşdırma sənayesi üzrə fəaliyyət göstərən şirkətləri Rusiya və Gürcüstan bazarına daxil olub.
Bunu “Report”a açıqlamasında "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Hacızadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan şirkətləri qonşu ölkələrdə əsasən plastik qablar istehsal etməklə məşğuldur. Bundan başqa, yerli şirkətlər Özbəkistandan da təkliflər alıb: "Özbəkistanda bizə 10 illik vergi güzəştləri tətbiq ediləcəyi bildirilib. Həmçinin torpaq vergisindən də azad edirlər ki, bizim assosiasiyanın üzvləri gedib orda müəssisə açsınlar, sərmayə qoysunlar. Özbəkistan hökuməti ilə bu istiqamətdə danışıqlar aparılır".
Xatırladaq ki, "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası" 2017-ci ildə təsis olunub. Hazırda 45-ə yaxın müəssisə Assosiasiyanın üzvüdür.