Azərbaycan şirkəti Dağıstanda zeytun bağı salacaq

Biznes
  • 21 may, 2025
  • 15:17
Azərbaycan şirkəti Dağıstanda zeytun bağı salacaq

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İsfa” MMC ilə Rusiyanın Dağıstan bölgəsinin İxraca Dəstək Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

"Report" agentliyə istinadən xəbər verir ki, sənədi Azərbaycan şirkətinin direktoru Samir Xeyirbəyov və İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abasquliyev imzalayıblar.

Memoranduma əsasən, “İsfa” I mərhələdə bu il Dağıstanın Dərbənd rayonunda 100 hektarlıq ərazidə zeytun bağı salacaq. Bağın salınmasında Yevlax Pilot Aqroparkda yetişdirilən ümumilikdə 165 min ədəd tingdən istifadə olunacaq. Bağın suvarma sistemini də "İsfa” quracaq. II mərhələdə isə günlük istehsal gücü 100 ton olacaq zeytun yağı emalı zavodunun qurulması nəzərdə tutulur.

Layihənin ümumi dəyəri 7 milyon manata yaxındır.

44 - Tezliklə