Azərbaycan Sinqapurdan rezin boru və şlanq alışını bərpa edib
- 23 aprel, 2025
- 16:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2,55 milyon ABŞ dolları dəyərində 398 ton rezindən boru və şlanq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 984 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 160 ton (+2 dəfə), Çindən 418,5 min ABŞ dolları dəyərində (-9 %) 128 ton (-19 %), Türkiyədən 317 min ABŞ dolları dəyərində (+73 %) 24,1 ton (-17 %), Amerika Birləşmiş Ştatlarından 111 min ABŞ dolları dəyərində (+26 %) 2,1 ton (+3 dəfə), Özbəkistandan 67,5 min ABŞ dolları dəyərində (+6 dəfə) 12,6 ton (+5 dəfə) məhsul alıb.
Azərbaycan 1 il 1 aylıq fasilənin ardından Sinqapurdan tədarükü (16,4 min ABŞ dolları dəyərində 0,2 ton) bərpa edib.