Azərbaycan Şimali Qafqazdan yem idxalını 9 dəfə artırıb

Biznes
  • 03 mart, 2023
  • 08:21
Azərbaycan Şimali Qafqazdan yem idxalını 9 dəfə artırıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimali Qafqaz Regionlararası İdarəsi, bu ilin əvvəlindən Azərbaycana ixrac edilmiş 2 964 ton yemi yoxlayıb.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 dəfə çoxdur.

Məhsulların karantin fitosanitar vəziyyətinin müəyyən edilməsi üçün nümunələr götürülüb və “Rosselxoznadzor”un tabeliyində olan laboratoriyalara göndərilib.

44 - Tezliklə