Azərbaycan Şimali Osetiyadan taxıl məhsullarının idxalını 11 dəfədən çox artırıb

Biznes
  • 13 noyabr, 2023
  • 06:36
Azərbaycan Şimali Osetiyadan taxıl məhsullarının idxalını 11 dəfədən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyanın Şimali Osetiya-Alaniya bölgəsindən 1 535 ton taxıl məhsulları idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 dəfə çoxdur.

Hesabat dövründə Şimali Osetiya-Alaniyadan 500 min tondan çox taxıl məhsulları ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 60 % çoxdur.

10 ayda bölgədən ən böyük tədarükçülər Ermənistan (244,8 min ton; illik müqayisədə 34 % çox) və Gürcüstan (172 min ton; 51 % çox) olub.

Ümumilikdə bu il "Rosselxoznadzor"un Şimali Qafqaz Regionlararası İdarəsi bitki məhsullarının ixracı üçün 25 365 fitosanitar sertifikat verib.

44 filmi