Azərbaycan Şimali Makedoniyadan fiber-optik kabel tədarük etməyə başlayıb

Biznes
  • 09 yanvar, 2024
  • 08:03
Azərbaycan Şimali Makedoniyadan fiber-optik kabel tədarük etməyə başlayıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 23,4 milyon ABŞ dolları dəyərində 4 min 753 ton fiber-optik kabel idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 9,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % çoxdur) 2 min 341 ton (+72 %), Türkiyədən 7 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 1 min 238 ton (+2,5 dəfə), Rusiyadan 4,5 milyon ABŞ dolları dəyərində (-26 %) 767 ton (-39 %), Belarusdan 2,1 milyon ABŞ dolları dəyərində (+0,9 %) 389 ton (-4,7 %), Amerika Birləşmiş Ştatlarından 141 min ABŞ dolları dəyərində (-39 %) 1,85 ton (+93 %) kabel alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Şimali Makedoniyadan (18,3 min ABŞ dolları dəyərində 0,35 ton) tədarük həyata keçirilib.