Azərbaycan Səudiyyə Ərəbistanına badımcan ixrac etməyə başlayıb

Biznes
  • 17 fevral, 2024
  • 12:51
Azərbaycan Səudiyyə Ərəbistanına badımcan ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 3,8 milyon ABŞ dolları dəyərində 7 min 590 ton badımcan idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 2 % azdır.

Azərbaycan İrandan 3,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % azdır) 7 min 218 ton (-5 %) və Türkiyədən 186 min ABŞ dolları dəyərində (+2 dəfə) 372 ton (+2,2 dəfə) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 90 min ABŞ dolları dəyərində (-6,3 %) 98 ton (-23 %) badımcan ixrac edib.

Azərbaycan Rusiyaya 48,6 min ABŞ dolları dəyərində (-36 %) 44,5 ton (-26 %), Ukraynaya 28,3 min ABŞ dolları dəyərində 51 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanına 12,45 min ABŞ dollar dəyərində 2,1 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,2 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) və Qətərə 0,2 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.