Azərbaycan Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib

Biznes
  • 19 dekabr, 2022
  • 13:56
Azərbaycan Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının investisiya naziri, iki ölkə arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdül-Əziz Əl-Falih ilə görüşüb.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.

Xalid bin Əbdül-Əziz Əl-Falih isə ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdən sonra rəsmilər sahibkarlarla görüşüb, biznes dialoqun genişləndirilməsini müzakirə edib, təklifləri dinləyiblər.

44 - Tezliklə