Azərbaycan Serbiyadan ştepsel və rozetka alışını bərpa edib

Biznes
  • 05 dekabr, 2024
  • 10:40
Azərbaycan Serbiyadan ştepsel və rozetka alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 8,4 milyon ABŞ dolları dəyərində 844 ton ştepsel və rozetka idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 17,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 604 ton (+22 %), Türkiyədən 2,1 milyon ABŞ dolları dəyərində (+11 %) 205 ton (+4,6 %), İtaliyadan 788 min ABŞ dolları dəyərində (+27 %) 14,2 ton (+41 %), Amerika Birləşmiş Ştatlarından 268 min ABŞ dolları dəyərində (-24 %) 0,17 ton (-72 %), Rusiyadan 184 min ABŞ dolları dəyərində (+13 dəfə) 1,54 ton (+2,3 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Serbiyadan (6,55 min ABŞ dolları dəyərində 0,79 ton) tədarükü bərpa edib.

44 - Tezliklə