Azərbaycan Serbiyadan soya tədarük etməyə başlayıb

Biznes
  • 18 fevral, 2025
  • 12:24
Azərbaycan Serbiyadan soya tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycan 9,2 milyon ABŞ dolları dəyərində 16 218 ton soya paxlası idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 27 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 7,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 13 055 ton (+81 %), Rumıniyadan 1,8 milyon ABŞ dolları dəyərində 3 118 ton (2 il 10 aydan sonra tədarük bərpa edilib), Türkiyədən 66,3 min ABŞ dolları dəyərində (-35 %) 32,7 ton (-27 %), Serbiyadan 13,8 min ABŞ dolları dəyərində 8 ton, Rusiyadan 4,3 min ABŞ dolları dəyərində 4 ton (3 il 2 aydan sonra tədarük bərpa edilib) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Serbiyadan tədarük həyata keçirilib.