Azərbaycan sement ixracından gəlirlərini 6 %-ə yaxın artırıb
- 28 noyabr, 2024
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 43 milyon 140 min ABŞ dolları dəyərində 695 min 656 ton sement (hazır və ya klinker formasında) ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 5,8 % artıb, həcmi isə 2,4 % azalıb.
Oktyabrda isə ölkədən 5 milyon 401,7 min ABŞ dolları məbləğində 86 min ton sement (hazır və ya klinker formasında) ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 2,2 % çox və 6,2 % azdır.
2024-cü ilin 10 ayında Azərbaycan 2 milyard 388 milyon 529,7 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında sementin payı 1,8 % təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.