Azərbaycan şəkər və şəkərdən qənnadı məmulatları ixracını 54 % artırıb
- 28 noyabr, 2024
- 09:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 33 milyon 739,52 min ABŞ dolları dəyərində 43 min 746,46 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 55,2 %, həcmi isə 54 % artıb.
Oktyabrda isə ölkədən 2 milyon 612,47 min ABŞ dolları məbləğində 3 min 703,51 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 34 % və 31 % azdır.
Bu ilin 10 ayında Azərbaycan 2 milyard 388 milyon 529,74 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında şəkər və şəkərdən qənnadı məmulatlarının payı 1,41 % təşkil edir.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.