Azərbaycan şəkər idxalına çəkdiyi xərci 19 % artırıb

Biznes
  • 25 mart, 2024
  • 05:45
Azərbaycan şəkər idxalına çəkdiyi xərci 19 % artırıb

Azərbaycan bu ilin yanvar-fevral aylarında 33,938 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 2,223 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 3,4 dəfə azdır.

2 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,39 %-ni, ixrac isə ümumi ixracın 0,05 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.

Ticarət dövriyyənin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,8 % artıb, idxal isə 7,7 % azalıb.

44 - Tezliklə