Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində fəaliyyəti genişləndirmək istəyir
- 02 aprel, 2024
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Sankt-Peterburqla gəmiqayırma sahəsində birgə fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparıb.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
M.Cabbarov qeyd edib ki, Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun ölkəyə səfəri çərçivəsində keçirilən görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib: “Ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialı dəyərləndirdik”.
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun ölkəmizə səfəri çərçivəsində keçirdiyimiz görüşdə ikitərəfli #iqtisadi münasibətlərin perspektivlərini, #sənaye, #investisiya, innovasiya, #turizm, gəmiqayırma kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində… pic.twitter.com/rFf5HDCMUd
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 2, 2024