Azərbaycan sahibkarları ötən həftə Türkmənistandan biyan kökü alıblar
- 31 yanvar, 2022
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan, Türkiyə və Özbəkistandan olan iş adamları ötən həftə Türkmənistandan pambıq iplik, qurudulmuş biyan kökü, rizomlar və əridilmiş şüşə alıblar.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Türkmənistanın Dövlət Xammal və Əmtəə Birjası vatisəilə baş tutan sövdələşmənin ümumi dəyəri 39,035 milyon ABŞ dolları olub.
Bundan başqa, Xəzəryanı ölkə Türkiyə və Əfqanıstandan olan sahibkarlara ümumi dəyəri 0,216 milyon dollar olan pambıq iplik və əl istehsalı xalçalar satıb.
Rusiya sahibkarları isə Türkmənbaşı neft emalı zavodu kompleksində istehsal olunan polipropileni, Böyük Britaniya, Əfqanıstan və Gürcüstandan olan işgüzar dairələrin nümayəndələri isə ECO-93 markalı benzin alıblar.